​İran ABŞ-ı İŞİD-ə silah göndərməkdə ittiham edib

​İran ABŞ-ı İŞİD-ə silah göndərməkdə ittiham edib "Yaxın zamanlarda amansız terror dalğası həm ABŞ-ı, həm də Avropanı bürüyəcək"
Digər ölkələr
19 Aprel , 2015 10:09
​İran ABŞ-ı İŞİD-ə silah göndərməkdə ittiham edib

Bakı. 19 aprel. REPORT.AZ/ "ABŞ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının terrorçularını silah, ərzaq və pul ilə təchiz edir".

"Report" TASS-a istinadən xəbər verir ki, bu bəyanatla İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Həsən Firuzəbadi çıxış edib.

"Biz məlumat əldə etmişik ki, Amerika təyyarələri İŞİD-in nəzarəti altında olan aeroportlardan eniş və uçuş üçün yararlanır. Birləşmiş Ştatların İŞİD qruplaşmasına silah, pul və ərzaq göndərməsi, sonradan isə bunu səhvən etməsi ilə bağlı üzrxahlıq etməsinə ehtiyac yoxdur. Amerikalılar sözdə İŞİD-lə mübarizə aparmaq istədiklərini bəyan edirlər, əməldə isə biz başqa şey görürük - onlar müşahidə edirlər", - deyə general bildirib.

Onun sözlərinə görə, "artıq yaxın zamanlarda amansız terror dalğası həm ABŞ-ı, həm də Avropanı bürüyəcək".

"Və biz ümid edirik ki, Amerika və Britaniya hökumətləri heç olmasa öz xalqları naminə İŞİD-ə qarşı mübarizə aparacaqlar", - deyə qərargah rəisi bildirib.

Son xəbərlər

Orphus sistemi