Yuxarı

İran ABŞ-dan BMT-yə şikayət edib

İran ABŞ-dan BMT-yə şikayət edib

Bakı. 16 iyul. REPORT.AZ/ İran birtərəfli sanksiyaların yenidən tətbiqi ilə əlaqədar ABŞ-dan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə şikayət edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif "Twitter" səhifəsində məlumat verib.

"Bu gün İran qanunsuz şəkilədə birtərəfli sanksiyaları yenidən tətbiq edən ABŞ-ın məsuliyyətə cəlb edilməsi məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edib. İran ABŞ tərəfindən diplomatiya və hüquqi öhdəliklərə hörmət edilməməsinə baxmayaraq, qanunun aliliyinə sadiqdir. Onların beynəlxalq hüququ pozan vərdişlərinə qarşı mübarizə aparamaq lazımdır", - o qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi