İqor Dodon Moldovanın MDB-dən mümkün çıxışını şərh edib

İqor Dodon Moldovanın MDB-dən mümkün çıxışını şərh edib Bakı. 29 dekabr. REPORT.AZ/ Moldovanın Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxması ölkə iqtisadiyyatına ciddi zərbə olacaq.
Digər ölkələr
29 Dekabr , 2017 16:59
İqor Dodon Moldovanın MDB-dən mümkün çıxışını şərh edib
РИА Новости / Владимир Астапкович

Bakı. 29 dekabr. REPORT.AZ/ Moldovanın Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxması ölkə iqtisadiyyatına ciddi zərbə olacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "NTV-Moldova" telekanalına müsahibəsində adıçəkilən ölkənin prezidenti İqor Dodon bildirib.

"Parlament bu qərarı prezident olmadan qəbul edə bilər, çünki bir şey imzalamağa ehtiyac yoxdur. Amma bu, ixracımıza və miqrantlarımıza ciddi zərbədir. Vəzifəm bunun qarşısını almaq üçün mümkün olan hər şeyi etməkdir", - prezident deyib.

Qeyd edək ki, daha əvvəl İ.Dodon ölkə parlamentinin hakim koalisiyadan olan "radikal" deputatalarının respublikanı MDB-dən çıxarmaq təşəbbüsü irəli sürmək niyyətində olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi