"İpək Yolu" formatında növbəti görüş 2019-cu ildə keçiriləcək

"İpək Yolu" formatında növbəti görüş 2019-cu ildə keçiriləcək Pekində "Bir kəmər - bir yol" ikigünlük beynəlxalq forum başa çatıb
Digər ölkələr
15 May , 2017 17:02
İpək Yolu formatında növbəti görüş 2019-cu ildə keçiriləcək

Bakı. 15 may. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin "İpək Yolu" formatında növbəti görüşün 2019-cu ildə keçiriləcəyini bildirib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, o, bu barədə Çin Kommunist Partiyasının sədri Si Tszinpinə istinadən məlumat verib.

"Cənab Tszinpin bu formatda növbəti görüş 2019-cu ildə keçiriləcəyini bildirdi. Bunun nə dərəcədə effektiv olacağını zaman göstərəcək, amma bu gün haqqında danışdıqlarımızın bu və ya digər formada işlədiyi faktdır", - V.Putin Çinə səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.

Xatırladaq ki, Çinin paytaxtı Pekində "Bir kəmər - bir yol" ikigünlük beynəlxalq forumu başa çatıb.

Son xəbərlər

Orphus sistemi