İordaniyada etiraz aksiyasını gözyaşardıcı qazla dağıdıblar

İordaniyada etiraz aksiyasını gözyaşardıcı qazla dağıdıblar Bakı. 14 dekabr. REPORT.AZ/ İordaniyanın təhlükəsizlik qüvvələri bu gün hökumətin siyasətinə etiraz əlaməti olaraq və Konstitusiya islahatları aparılması tələbi ilə küçələrə axışan nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Digər ölkələr
14 Dekabr , 2018 11:05
İordaniyada etiraz aksiyasını gözyaşardıcı qazla dağıdıblar
0 : 00
0 : 00

Bakı. 14 dekabr. REPORT.AZ/ İordaniyanın təhlükəsizlik qüvvələri bu gün hökumətin siyasətinə etiraz əlaməti olaraq və Konstitusiya islahatları aparılması tələbi ilə küçələrə axışan nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Əmmandakı etirazlara ölkənin müxtəlif bölgələrindən gələn, təxminən, 2 min nəfər toplaşıb.

Etirazçılar həmçinin siyasi məhbusların azad edilməsini, parlamentin buraxılmasını, hökumətin və konstitusiyalı monarxiyanın dəyişdirilməsini, habelə "həddindən artıq vergilərdən" imtina edilməsini tələb ediblər.

Təhlükəsizlik qüvvələrinin gözyaşardıcı qazdan istifadə etməsinə baxmayaraq, etirazçılar kordonu keçməyə nail olublar. Etirazlar zamanı 5 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb, 5 etirazçı soyuq silah gəzdirdiyinə görə saxlanılıb.

Yerli KİV etiraz aksiyalarında keçmiş və indiki deputatların da iştirak etdiklərini yazıb.

Son xəbərlər

Orphus sistemi