İordaniya parlamentinin sədri: "Terror fenomeninə müxtəlif xalqlarda və müxtəlif ölkələrdə rast gəlinir"

İordaniya parlamentinin sədri: "Terror fenomeninə müxtəlif xalqlarda və müxtəlif ölkələrdə rast gəlinir" XXI əsrdə ABŞ-da baş vermiş terror hücumları müsəlmanların mənfi obrazını yaradıb, sonra isə İŞİD yaradılıb
Digər ölkələr
16 Mart , 2017 17:39
İordaniya parlamentinin sədri: Terror fenomeninə müxtəlif xalqlarda və müxtəlif ölkələrdə rast gəlinir

Bakı. 16 mart. REPORT.AZ/ "Terror fenomeninə müxtəlif xalqlarda və müxtəlif ölkələrdə rast gəlinir".

"Report" xəbər verir ki, bunu İordaniya Senatının sədri Feysal əl-Fayez V Qlobal Bakı Forumu çərçivəsində keçirilmiş "Müasir terrorizm ünvanlarının təhdidləri: alətlər, taktika və strategiyalar" adlı panel zamanı deyib.

"Terrordan söhbət gedərkən bu anlayışın yalnız bir dini, bir ölkəni əhatə etmədiyini qeyd etmək zəruridir. Belə ki, terror fenomeninə müxtəlif xalqlarda və müxtəlif ölkələrdə rast gəlinir. Məsələn, İtaliyada, Almaniyada" -  Faysal əl-Fayez bildirib.

Onun sözlərinə görə, XXI əsrdə ABŞ-da baş vermiş terror hücumları müsəlmanların mənfi obrazını yaradıb, sonra isə İŞİD yaradılıb.

"Bu gün də belə obraz qalmaqdadır. Amma məktəb yaşlarından uşaqlara belə fikrin yanlış olduğunu aşılamaq lazımdır. Dinlər arasında əlaqələri və ümübəşəri dəyərləri nəzərə almaqla dini dəyərləri yeniləmək lazımdır", - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi