Yuxarı

İnterpolun sabiq rəhbərinin həyat yoldaşı təhdidlər barədə danışıb

Dinlə

Bakı. 10 oktyabr. REPORT.AZ/ İnterpolun sabiq rəhbəri Men Hunveyin həyat yoldaşı Qreys Men həyatı üçün qorxduğunu söyləyib.

"Report" xəbər verir ki, o, bu barədə CNN-ə müsahibəsində bildirib.

Q.Men ərinin yoxa çıxmasından sonra ona naməlum şəxsdən təhdid dolu zəng gəldiyini etiraf edib. O, həmçinin 7 yaşlı iki oğlundan atasının başına gələnləri gizlətdiyini söyləyib.

Xatırladaq ki, İnterpolun rəhbəri vəzifəsini tutan Men Hunvey sentyabrın sonlarında itkin düşüb. Daha sonra onun Çində saxlanıldığı, hökumətin onu korrupsiyada şübhəli bildiyi məlum olub. M.Hunvey təşkilatın rəhbərli postundan istefaya göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi