Yuxarı

İnterpol Uruquvayda 3 Rusiya vətəndaşını saxlayıb

​İnterpol Uruquvayda 3 Rusiya vətəndaşını saxlayıb

Uruquvayda İnterpolun nümayəndələri və hüquq-mühafizə orqanlarının əməkdaşları 3 Rusiya vətəndaşını saxlayıb.

“Report” xəbər verir ki, bu barədə Ecos nəşri məlumat yayıb. Qeyd olunub ki, onlar italiyalı mafioz Rokko Morabitonun həbsdən qaçmasına yardım etməkdə ittiham olunurlar.

Qeyd olunub ki, əməliyyat keçirilən ərazidə 23 iyun tarixində həbsxanadan qaçan Morabito olmayıb.

Rusiyanın Uruquvaydakı səfirliyinin mətbuat katibi Vasilis Fofanov RİA “Novosti”yə açıqlamasında həmyerlilərinin həbs edilməsi ilə bağlı səfirliyə məlumat daxil oldğunu bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi