Bakı. 5 oktyabr. REPORT.AZ/ "İnterpol"un itkin düşdüyü bildirilən rəhbəri Men Xunveyin Çində saxlanılıb və istintaq altındadır.
“Report” RT-yə istinadən xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti yazıb.
Onun saxlanılmasının səbəbi açıqlanmayıb.
*** 14:29
Fransa polisi "İnterpol"un rəisi Men Xunveyanın itkin düşməsi faktı üzrə araşdırma başlayıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, o, bu il sentyabrın 29-da Çinə səfər edib.
Elə həmin tarixdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.