“İnterpol”a yeni prezident seçilib

“İnterpol”a yeni prezident seçilib Fələstin Muxtariyyatı, Kosovo və Solomon adalarının təşkilata üzvlüyü təxirə salınıb
Digər ölkələr
10 Noyabr , 2016 10:56
“İnterpol”a yeni prezident seçilib

Bakı. 10 noyabr. REPORT.AZ/ Çinin ictimai təhlükəsizlik nazirinin müavini Men Xunvey Beynəlxalq Cinayət Polisi Təşkilatının (İnterpol) yeni prezidenti seçilib.

“Report” BBC-yə istinadən xəbər verir ki, İndoneziyada təşkilatın 85-ci Baş Assambleyasının sessiyasında yeni prezidentlə yanaşı, qurumun İcraiyyə Komitəsi və ali vəzifəli şəxsləri də seçiliblər.

İnformasiyaya görə, Fələstin Muxtariyyatı, Kosovo və Solomon adalarının təşkilata üzvlüyü təxirə salınıb. 

Hazırda İnterpola 190 dövlət üzvdür. Baş Assambleya "İnterpol"un ail qurumudur və ildə bir dəfə toplantısı keçirilir. Yeni seçilən pezident həm də Baş Assambleyanın sədri vəzifəsini icra edir. 

Son xəbərlər

Orphus sistemi