İnquşetiyada Ekstremizmlə Mübarizə Mərkəzinin 6 əməkdaşı saxlanılıb

İnquşetiyada Ekstremizmlə Mübarizə Mərkəzinin 6 əməkdaşı saxlanılıb Faktla bağlı cinayət işi qaldırılıb
Digər ölkələr
10 Mart , 2017 06:55
İnquşetiyada Ekstremizmlə Mübarizə Mərkəzinin 6 əməkdaşı saxlanılıb

Bakı. 10 mart. REPORT.AZ/ İnquşetiyada "Doliyev işi" ilə bağlı respublika üzrə Daxili İşlər Nazirliyinin (DİN) Ekstremizmlə Mübarizə Mərkəzinin 6 əməkdaşı saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə region rəhbəri Yunus-Bek Yevkurov məlumat verib.

O bildirib ki, "hadisə ilə bağlı araşdırma aparılır, 6 nəfər saxlanılıb, həbs edilib və istintaq altındadır".

Faktla bağlı cinayət işi qaldırılıb.

Bundan əvvəl məlum olub ki, DİN əməkdaşları 2016-cı ilin yayında 50 yaşlı Məhəmməd Doliyev və 39 yaşlı Məryəm Toçiyevaya qarşı fiziki güc tətbiq edərək, onlardan banka quldur hücumunu boyunlarına almalarını tələb ediblər. Ondan sonra Doliyev dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi