Yuxarı

İngiltərə polisi 400 kq-a yaxın heroin ələ keçirib

​İngiltərə polisi 400 kq-a yaxın heroin ələ keçirib

Böyük Britaniya Milli Cinayət Agentliyinin əməkdaşları Filistov limanındakı konteynerdən 400 kq heroin ələ keçirib. 

"Report" xəbər verir ki, bu barədə Sky News Twitter səhifəsində məlumat yayıb.

Bildirilir ki, həmin heroinlər adıçəkilən limandakı konteynerdə dəsmal və xalata bükülmüş vəziyyətdə tapılıb.

Daha əvvəl Avstraliyada 273 kq narkotik maddə olan bir mikroavtobusun polis maşınına çırpılmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi