Bakı. 14 yanvar. REPORT.AZ/ İndoneziyanın paytaxtı Cakartada törədilən terrorun məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb.
"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.
"Hücumun hədəfində xarici ölkə vətəndaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları olub", - deyə terrorçular bildirib.
Qeyd edək ki, yanvarın 14-də səhər saatlarında Cakartanın 6 müxtəlif hissəsində törədilən partlayışlar nəticəsində 7 nəfər həyatını itirib, 7 nəfər yaralanıb.