Yuxarı

İndoneziyada yük təyyarəsi dağa çırpılıb

İndoneziyada yük təyyarəsi dağa çırpılıb
Təyyarənin göyərtəsində yalnız bir pilot olub
© Courtesy İmage

Bakı. 13 aprel. REPORT.AZ/ İndoneziyanın şərqindəki Papua vilayətində yük təyyarəsi dağa çırpılıb.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi ölkənin Milli Axtarış Xilasetmə İdarəsinə istinadən xəbər verir.

Nazirliyin rəsmi nümayəndəsi bildirib ki, Oksibil dairəsində təyyarənin yeri barədə müəyyən siqnal ala bilib. "Təyyarə Oksibilin meşəlik ərazisində dağa çırpılıb", - deyə o bildirib.

O bildirib ki, xilasedicilər bir sıra səbəblər üzündən, xüsusilə əlverişsiz hava şəraiti səbəbindən təyyarənin qəzaya uğradığı yerə çata bilmirlər.

Nazirlik rəsmisinin sözlərinə görə, təyyarənin göyərtəsində yalnız bir pilot olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi