Bakı. 12 oktyabr. REPORT.AZ/ İndoneziyanın Sumatra adasında oktyabrın 12-də Sinabunq vulkanı püskürüb.
"Report" "Sinhua" agentliyinə istinadən xəbər verir ki, məlumatı ölkənin Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli Bürosu (BNPB) yayıb.
Vulkana yaxın ərazidə yaşayan əhali təxliyyə olunub. Püskürmə nəticəsində ölən və xəsarət alan olmayıb.
Qeyd edək ki, Sinabunq vulkanı dəniz səviyyəsindən 2460 metr hündürlükdə yerləşir. Vulkan təxminən 400 illik fasilədən sonra 2010-cu ildə oyanıb.