İndoneziyada terror aktları hazırlayan 11 yaraqlı həbs edilib

İndoneziyada terror aktları hazırlayan 11 yaraqlı həbs edilib Şübhəli şəxslər kilsələrə, polis bölmələrinə, eləcə də ölkənin silahlı qüvvələrinin komanda məntəqələrinə hücumlar hazırlayıb
Digər ölkələr
25 Dekabr , 2015 10:02
İndoneziyada terror aktları hazırlayan 11 yaraqlı həbs edilib

Bakı. 25 dekabr. REPORT.AZ/ İndoneziya xüsusi xidmət orqanları ölkənin müxtəlif əyalətlərində apardığı reyd nəticəsində 2 nəfər kamikadze-terrorçunu həbs edib.

"Report" TASS-a istinadən xəbər verir ki, ümumilikdə isə beş günə 11 nəfər həbs edilib. Onlar Milad bayramı və Yeni il öncəsi terror aktları törədəcəyi şübhəsiylə güc strukturları tərəfindən saxlanılıb.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, şübhəli şəxslər kilsələrə, polis bölmələrinə, eləcə də ölkənin silahlı qüvvələrinin komanda məntəqələrinə hücumlar hazırlayıb.

Son xəbərlər

Orphus sistemi