Yuxarı

İndoneziyada sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb

İndoneziyada sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb
Təbii fəlakət nəticəsində 20 nəfər xəsarət alıb

Bakı. 25 fevral. REPORT.AZ/ İndoneziyanın Mərkəzi Yava əyalətində baş verən sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli fövqəladə hallar nazirliyinə istinadən "Sinxua" agentliyi məlumat yayıb.

Regionda təbii fəlakət bir neçə gün öncə baş verib, şənbə günü hökumət orqanları axtarış əməliyyatlarını bərpa ediblər. Ölənlərin əksəriyyəti Brebes və Purbalinq dairələrində qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi