Yuxarı

İndoneziyada sunami nəticəsində ölənlərin sayı 334 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-5

İndoneziyada sunami nəticəsində ölənlərin sayı 222-yə çatıb

Bakı. 24 dekabr. REPORT.AZ/ İndoneziyanın Yava və Sumatra adaları arasındakı Sunda boğazı sahillərində Krakatau vulkanının püskürməsi nəticəsində baş verən sunami fəlakətində ölənlərin sayı 334 nəfərə çatıb.

Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Fövqəladə Vəziyyətlər Agentliyinin bu barədə məlumatına görə, 61 nəfər də itkin düşüb.


23 dekabr 

*** 14:58

İndoneziyada sunami nəticəsində ölənlərin sayı artaraq 222 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə bazar günü yerli hakimiyyət orqanlarının bəyanatlarına istinadən "Agenc Franc-Press" məlumat yayıb.


***11:07

Bakı. 23 dekabr. REPORT.AZ/ İndoneziyada sunami nəticəsində ölənlərin sayı 168 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Hazırda insanların fəlakət zonasında təxliyə işləri aparılır.


***23 11

Bakı. 23 dekabr. REPORT.AZ/ İndoneziyada sunami nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərə qarşı Mübarizə üzrə Milli Agentliyinin rəsmi nümayəndəsi bildirib. 

O, qeyd edib ki, təbii hadisə zamanı daha 20 nəfər itkin düşüb. Təbii hadisə zamanı həmçinin yüzlərlə insan yaralanıb.

Sunami 400-dən çox evə və mehmanxanaya zərər vurub.


***06:27

İndoneziyada sunami nəticəsində ölənlərin sayı artıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərə qarşı Mübarizə üzrə Milli Agentliyi məlumat yayıb.

Bildirilir ki, sunami nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb. Məlumata görə, təbii hadisə zamanı həmçinin 584 nəfər yaralanıb. 

Sunami Yava və Sumatra adalarını ayıran Zond körfəzində qeydə alınıb.


***03:54

İndoneziyada sunami azı 20 nəfərin həyatına son qoyub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İndoneziyanın Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Agentliyinin məlumatına görə, sunami Yava və Sumatra adalarını ayıran Zond körfəzində qeydə alınıb.

Təbii hadisə zamanı həmçinin 165 nəfər xəsarət alıb.

Daha əvvəl İndoneziyanın qərbində yerləşən Şimali Sumatra əyalətindəki mehmanxana üzərinə torpaq sürüşməsi nəticəsində ən az 7 nəfər ölüb, 7-si yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi