Yuxarı

İndoneziyada seçkilər zamanı 69 nəfər ölüb

İndoneziyada seçkilər zamanı 69 nəfər ölüb
© The Straits Time

Yorğunluq və yol qəzaları İndoneziyada 2019-cu ilin birdəfəlik ümumi seçkilərinin keçirilməsi və təşkili ilə məşğul olan 69 nəfərin ölümünə səbəb olub.

Bu barədə "Report" "Sinhua" agentliyinə istinadən xəbər verir.

İndoneziyada hökumətin bütün səviyyələrində - Prezident və Vitse-prezident, Milli Parlament, əyalət parlamentləri, şəhər və rayon şuraları səviyyəsində birdəfəlik ümumi seçkilər yüksək seçici fəallığı ilə aprelin 17-də baş tutub. Belə ki, ictimai rəy sorğularında seçici fəallığı 82% səviyyəsində olub. Seçkilərdə səs hüququ olan 193 milyondan çox seçici qeydiyyatdan keçib.

Hazırda səslərin sayımı davam edir. Səsvermənin rəsmi nəticələri İndoneziya Milli Seçki Komissiyası tərəfindən mayın 22-də elan ediləcək.

MSK-dan bildirilib ki, seçki məntəqələrinin 54 işçisi ölüb, daha 32 nəfər isə xəstəxanalardadır. Eyni zamanda İndoneziya polisinin qərargahından vəzifələrini yerinə yetirərkən mərkəzdən uzaq ərazilərdə səsvermə keçirilməsini təmin edən 15 polisin öldüyü açıqlanıb.

Hər iki qurum əməkdaşlarının ölüm hallarının səbəbi kimi yorğunluğu və yol qəzasını göstərib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi