İndoneziyada qayığın batması nəticəsində 7 məktəbli boğulub

İndoneziyada qayığın batması nəticəsində 7 məktəbli boğulub Qəzaya qayığa normadan artıq məktəblinin minməsi səbəb olub
Digər ölkələr
9 Oktyabr , 2016 11:20
İndoneziyada qayığın batması nəticəsində 7 məktəbli boğulub

Bakı. 9 oktyabr. REPORT.AZ/ İndoneziya polisi bir neçə gün bundan əvvəl qayığın aşması nəticəsində itmiş 7 məktəblinin cəsədini aşkarlayıb.

"Report"un məlumatına görə, bu barədə "Detik" nəşri xəbər yayıb.

Məlumata görə, onların cəsədi Yava adasındakı Solo çayında tapılıb. Hadisə vaxtı qayıqda 25 nəfər olub.

Onların əksəriyyəti üzərək sahilə çıxmağa müvəffəq olublar. Lakin bəziləri suda boğulub.

İlkin məlumata görə, qəzaya qayığa normadan artıq məktəblinin minməsi səbəb olub.

Son xəbərlər

Orphus sistemi