Bakı. 18 dekabr. REPORT.AZ/ İndoneziya Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarəsinin Papua əyalətində qəzaya uğraması nəticəsində 13 nəfər ölüb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, "S-130 Hercules" tipli təyyarə Timika şəhərindən havaya qalxıb və uçduğu Vamena dairəsi yaxınlığında dağa çırpılıb.
AP-nin məlumatına görə, insidentə pis hava şəraiti səbəb ola bilər.