Bakı. 26 oktyabr. REPORT.AZ/ İndoneziyanın paytaxtı Cakartanın qərbində yerləşən Tangerangdakı fişəng fabrikində baş verən partlayış nəticəsində ölənlərin sayı 47-yə çatıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 46 nəfər yaralanıb.
*** 12:32
İndoneziyanın paytaxtı Cakartanın qərbində yerləşən Tangerangdakı fişəng fabrikində baş verən partlayış nəticəsində 27 nəfər ölüb, 35-i yaralanıb.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, partlayışdan əvvəl fabrikdə yanğın olub.
Hadisənin səbəbi araşdırılır.