İndoneziyada bərə yanıb, itkin düşənlər var

İndoneziyada bərə yanıb, itkin düşənlər var Ötən gün axşam saatlarında İndoneziyanın Yava adası sahilləri yaxınlığında bərədə yanğın baş verməsi nəticəsində 30 sərnişin itkin düşüb.
Digər ölkələr
23 Avqust , 2019 17:50
İndoneziyada bərə yanıb, itkin düşənlər var

Ötən gün axşam saatlarında İndoneziyanın Yava adası sahilləri yaxınlığında bərədə yanğın baş verməsi nəticəsində 30 sərnişin itkin düşüb.

“Report” “Al Jazeera”ya istinadən xəbər verir ki, Şərqi Yavadakı Tancunq Perak limanından 277 sərnişinlə yola çıxaraq Şərqi Kalimantan əyalətinin Balikpapan şəhərinə doğru istiqamət götürəndən, təqribən, 11 saat sonra bərədə yanğın başlayıb.

Yerli axtarış xilasetmə agentliyinin rəhbəri Budi Prasetyo 247-dək sərnişinin yaxınlıqdakı gəmi və qayıqlar tərəfindən xilas edildiyini, yerdə qalan 30 nəfərin də axtarışlarının davam etdirildiyini bildirib.

Yanğının səbəblərinin hələlik naməlum qaldığı bildirilir. Həmçinin AFP xəbər verir ki, gəmidə elektrik təchizatının kəsilməsi üzündən yanğının söndürülməsində çətinliklər yaranıb.

Son xəbərlər

Orphus sistemi