İndoneziyada 6 minə yaxın insan daşqın səbəbindən evini tərk edib

İndoneziyada 6 minə yaxın insan daşqın səbəbindən evini tərk edib İndoneziyanın mərkəzi hissəsində yerləşən Cənub-Şərqi Sulavesi əyalətində daşqın və sürüşmə səbəbindən ümumilikdə 5 min 703 nəfər öz evini tərk etmək məcburiyyətində qalıb.
Digər ölkələr
13 İyun , 2019 06:55
İndoneziyada 6 minə yaxın insan daşqın səbəbindən evini tərk edib

İndoneziyanın mərkəzi hissəsində yerləşən Cənub-Şərqi Sulavesi əyalətində daşqın və sürüşmə səbəbindən ümumilikdə 5 min 703 nəfər öz evini tərk etmək məcburiyyətində qalıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli İdarəsinin nümayəndəsi Sutopo Purvo Nuqroxoya istinadən "Sinhua" məlumta yayıb.

Nuqroxo bildirib ki, leysan yağışlar nəticəsində Lalindu, Valasola və Landave çayları öz məcrasından çıxıb və kəndləri su basıb ki, bu da yerli sakinləri öz evlərini tərk edərək daha hündür ərazilərdə sığınacaq tapmağa məcbur edib.

Onun sözlərinə görə, daşqınlar 202 evi yuyub aparıb, 4 körpü dağılıb, 1000 hektara yaxın düyü sahəsi və 420 ha balıq süni gölü su altında qalıb.

Son xəbərlər

Orphus sistemi