Yuxarı

İndoneziyada 6 bal gücündə zəlzələ baş verib

İndoneziyada 6 bal gücündə zəlzələ baş verib
Hələlik dağıntı və ya tələfat barəsində məlumat verilmir

Bakı. 5 dekabr. REPORT.AZ/ İndoneziya sahillərində 6 bal gücündə zəlzələ baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 01:13-də qeydə alınıb. Zəlzələnin episentri İndoneziyanın Palu adasından 148 kilometr şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 522 kilometr dərinlikdə olub.

Hələlik dağıntı və ya tələfat barəsində məlumat verilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi