Bakı. 1 dekabr. REPORT.AZ/ İndoneziyada zəlzələ olub.
Bu barədə "Report" Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, yeraltı təkanlar 6,3 bal gücündə qeydə alınıb. Zəlzələnin episentri Dili şəhərindən 365 kilometr şərqdə yerləşib. Zəlzələ ocağı 137 kilometr dərinlikdə olub.
Yerli hakimiyyət orqanları hələlik dağıntı və ya tələfat barədə məlumat verməyiblər.