İndoneziyada 6,1 bal gücündə zəlzələ olub

İndoneziyada 6,1 bal gücündə zəlzələ olub Zərərçəkən və dağıntılar barədə məlumat daxil olmayıb
Digər ölkələr
8 Noyabr , 2015 17:12
İndoneziyada 6,1 bal gücündə zəlzələ olub

Bakı. 8 noyabr. REPORT.AZ/ İndoneziya sahillərində bu gün 6,1 bal gücündə zəlzələ baş verib.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, yeraltı təkanların episentri Sumatra adasında yerləşən Padanqsidempuan yaşayış məntəqəsindən 81 km. cənub-qərbdə yerləşib. Təbii fəlakətin ocağı 75.1 km. dərinlikdə yerləşib.

Zərərçəkən və dağıntılar barədə məlumat daxil olmayıb.

Son xəbərlər

Orphus sistemi