Bakı. 21 noyabr. REPORT.AZ/ İndoneziya sahillərində, Tanimbar adalarında 6,1 bal gücündə zəlzələ baş verib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Almaniyanın Yer Araşdırma Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların ocağı 10 km dərinlikdə olub. Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib.