Yuxarı

İndoneziyada 5,9 bal gücündə zəlzələ olub

Bakı. 2 oktyabr. REPORT.AZ/ İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Sumba adası ərazisində yerləşib. Zəlzələ ocağı 30 kilometr dərinlikdə olub.

Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, sentyabrın 28-də Palu şəhəri yaxınlığında 7,4 bal gücündə zəlzələ olub. Bəzi məlumatlara görə, zəlzələ və sunami nəticəsində ölənlərin sayı 1200 nəfəri ötüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi