Yuxarı

İndoneziya xilasediciləri təyyarə qəzası qurbanlarından birinin cəsədini tapıblar

Axtarış-xilasetmə əməliyyatı davam edir

Bakı. 4 dekabr. REPORT.AZ/ İndoneziyanın su xilasediciləri ölkənin şimal hissəsində qəzaya uğramış polis təyyarəsinin içindəki 13 nəfərdən birinin cəsədini tapıb.

"Report" xəbər verir ki, bu barədə "Detik.com" Riau Erlanq adası əyalətinin polisinin ictimaiyyətiylə əlaqələr üzrə bölməsinin başçısına istinadən xəbər verib.

"Cəsəd ekspertizadan keçirilməsi üçün Batam adasına göndərilib", - deyə polis portala bildirib. 

Polisin sözlərinə görə, Hərbi-Dəniz Qüvvələrinin dörd gəmisi axtarış-xilasetmə əməliyyatının keçirilməsi üçün qəzanın baş verdiyi güman edilən yerə göndərilib. Artıq qəzanın baş verdiyi yer müəyyənləşdirilib.

Qeyd edək ki, Pankalpinanq şəhərindən Bank adasına üçan təyyarə Linqa arxipelaqında qəzaya uğrayıb. Tandjunqpinanq Hərbi Dəniz Bazasının müdiri qeyd edib ki, təyyarənin enişindən əvvəl partlayış səsi eşidilib.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi