Yuxarı

İlin əvvəlindən dəniz vasitəsi ilə Avropaya 25 min miqrant gəlib

İlin əvvəlindən dəniz vasitəsi ilə Avropaya 25 min miqrant gəlib
Yolda ölənlərin sayı 559 nəfər təşkil edir

Bakı. 25 mart. REPORT.AZ/ İlin əvvəlindən Aralıq dənizi vasitəsi ilə Avropaya 25 mindən çox miqrant gəlib.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının məlumatında qeyd olunur.

Məlumata görə, 2016-cı ilin analoji dövründə Avropaya 163 min miqrant gəlib. Bu il onların 80 faizdən çoxu İtaliyaya, 2016-cı ildə isə Yunanıstana üz tutub.

Yolda ölənlərin sayı 559 nəfər təşkil edir. Ötən ilin analoji dövründə 554 nəfər ölüb.

Bu il daha çox miqrant ölümü Aralıq dənizinin mərkəzi hissəsində, ötən il isə dənizin şərq hissəsində qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi