Hyuston daşqınlar səbəbindən təbii fəlakət zonası elan edilib

Hyuston daşqınlar səbəbindən təbii fəlakət zonası elan edilib Daşqınlar nəticəsində dörd nəfər həyatını itirib
Digər ölkələr
19 Aprel , 2016 09:14
Hyuston daşqınlar səbəbindən təbii fəlakət zonası elan edilib

Bakı. 19 aprel. REPORT.AZ/ Texas qubernatoru Qreq Ebbot ştatın ən böyük şəhəri olan Hyustonda fövqəladə vəziyyət tətbiq edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, adıçəkilən şəhərdə daşqınlar nəticəsində dörd nəfər həyatını itirib.

Güclü selə səbəb leysan yağışları olub. Meteoroloqların məlumatına görə, yalnız bazar ertəsi şəhərə 44,7 sm yağıntı düşüb. Şəhər rayonlarının birində suyun rekord olan ən yüksək artımı (12 metr) qeydə alınıb.

Hyustonun mərkəzində çaylar məcrasından çıxaraq mindən çox evin su altında qalmasına, 70 min insanın elektrik enerjisiz qalmasına səbəb olub. 1200 nəfər fəlakət zonasından evakuasiya edilib. Böyük ticarət mərkəzi müvəqqəti sığınacağa çevrilib.

Hyustonun meri Silvestr Törnerin sözlərinə görə, çərşənbə axşamı yağış zəifləməlidir.

Son xəbərlər

Orphus sistemi