​Hüsnü Mübarək azadlığa buraxılıb

​Hüsnü Mübarək azadlığa buraxılıb Həsən Suxaqi: "Baş prokuror keçmiş prezidentin cəza müddətinin başa çatması ilə bağlı bizi məlumatlandırdı"
Digər ölkələr
13 May , 2015 17:17
​Hüsnü Mübarək azadlığa buraxılıb

Bakı. 13 may. REPORT.AZ/ Misirin keçmiş prezidenti Hüsnü Mübarək azadlığa buraxılıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Misir Penitensiar Xidmətinin rəisi Həsən Suxaqi bildirib: "Baş prokuror keçmiş prezidentin cəza müddətinin başa çatması ilə bağlı bizi məlumatlandırdı. Onun azadlığa çıxmasına səbəb istintaq altında saxlanıldığı vaxtın cəza müddəti kimi hesablanmasıdır".

Qeyd edək ki, mayın 9-da Misir məhkəməsi ölkənin keçmiş prezidenti Hüsnü Mübarəkin və iki oğlunun korrupsiya ittihamı ilə bağlı işinə yenidən baxaraq, onların 3 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarmışdı. İstintaq materiallarına əsasən, onlar prezident sarayının təmirinə ayrılmış 18 milyon dollara yaxın dövlət əmlakını mənimsəməkdə ittiham olunmuşdu. Bu cinayət işinə "saray işi" adı verilib.

İngilis versiyası Hosni Mubarak released

Son xəbərlər

Orphus sistemi