Husilərin lideri Yəmənin blokadasına cavab olaraq Səudiyyə Ərəbistanını hədələyib

Husilərin lideri Yəmənin blokadasına cavab olaraq Səudiyyə Ərəbistanını hədələyib Bakı. 30 noyabr. REPORT.AZ/ Yəmənin üsyançı şiələrinin Ənsar Alla hərəkatının lideri Əbdül Malik əl-Husi Yəmənin blokadasını davam edəcəyi təqdirdə Səudiyyə Ərəbistanını ağrılı zərbə endirməklə təhdid edib.
Digər ölkələr
30 Noyabr , 2017 22:58
Husilərin lideri Yəmənin blokadasına cavab olaraq Səudiyyə Ərəbistanını hədələyib

Bakı. 30 noyabr. REPORT.AZ/ Yəmənin üsyançı şiələrinin "Ənsar Alla" hərəkatının lideri Əbdül Malik əl-Husi Yəmənin blokadasını davam edəcəyi təqdirdə Səudiyyə Ərəbistanını "ağrılı" zərbə endirməklə təhdid edib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

"Əgər koalisiya Yəmənin limanları bağlı halda saxlamağa davam etsə, Yəmən xalqının hədəf ola biləcək güclü ağrıların yerlərini bildiyini təsdiqləyirik", - deyə əl-Husi Məhəmməd peyğəmbərin ad günü münasibətilə müraciətində tərəfdarlarına bildirib.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası yerli hakimiyyətin tərəfində çıxış edərək, Yəmənin üsyançı husilərinə qarşı müharibədə iştirak edir. Koalisiya noyabrında 6-da Səudiyyənin paytaxtına üsyançılar tərəfindən ballistik raketin atılmasından sonra Yəməndə bütün hava, dəniz və yerüstü limanların bağlandığını elan edib. 

Koalisiya ötən həftə blokadanı zəiflədib, humanitar yüklərin husilər tərəfindən tutulmuş paytaxt Sanaya, həmçinin Hüdeydə və Salif limanlarına aparılmasına icazə verib. 

Son xəbərlər

Orphus sistemi