Husilər Səudiyyə Ərəbistanına hava hücumlarını dayandırıblar

Husilər Səudiyyə Ərəbistanına hava hücumlarını dayandırıblar Yəmənin şimalında hakimiyyəti ələ keçirən Ənsar Alla hərəkatının üsyançıları (Husilər), pilotsuz uçan aparatlarla Səudiyyə Ərəbistanın bombalanmasını dayandırır və Ər-Riyaddan da oxşar addım gözləyirlər.
Digər ölkələr
21 Sentyabr , 2019 02:00
Husilər Səudiyyə Ərəbistanına hava hücumlarını dayandırıblar

Yəmənin şimalında hakimiyyəti ələ keçirən "Ənsar Alla" hərəkatının üsyançıları (Husilər), pilotsuz uçan aparatlarla Səudiyyə Ərəbistanın bombalanmasını dayandırır və Ər-Riyaddan da oxşar addım gözləyirlər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu husilərin Siyasi Şurasının rəhbəri Mehdi əl-Məşat "Əl-Masira" telekanalının efirində bəyan edib.

"Biz Səudiyyə Ərəbistanı ərazisinin dronlar və digər silah növlərindən istifadə vasitəsi ilə bombalanmasını dayandırırıq. Səudiyyə Ərəbistanından Yəmən ərazisinə bütün növ hücumların dayandırılmasına dair oxşar bəyanat gözləyirik", - deyə əl-Məşat bildirib.

O qeyd edib ki, Səudiyyə Ərəbistanı onların təşəbbüsünə qarşılıq verməsə, husilər cavab vermək hüququnu özündə saxlayır.

Son xəbərlər

Orphus sistemi