Yuxarı

Hüquq müdafiəçiləri: Venesueladakı aksiyalarda 44 nəfər həlak olub

Hüquq müdafiəçiləri: Venesueladakı aksiyalarda 44 nəfər həlak olub
Hakimiyyət orqanları etirazların gedişində 36 nəfərin həlak olduğunu bildiriblər

Bakı. 10 may. REPORT.AZ/ Venesuelada artıq 1 aydan çoxdur davam edən etiraz aksiyalarının gedişində ölənlərin sayı 44-ə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Sosial münaqişələrin müşahidəsi üzrə Venesuela orqanı" hüquq-müdafiə təşkilatı məlumat yayıb.

Onun məlumatına görə, hesablama aprelin 1-dən mayın 7-dək dövrü əhatə edir. Bundan əvvəl isə hakimiyyət orqanları etirazların gedişində 36 nəfərin həlak olduğunu bildiriblər.

Digər hüquq-müdafiə təşkilatı "Venesuelanın cinayət forumu" isə öz növbəsində bu müddət ərzində etiraz aksiyasında iştirak etdiyinə görə 2 min nəfərin saxlanıldığını bildirib. Onların 650 nəfərindən çoxu hələ də həbsdə saxlanılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi