Yuxarı

Çində koronavirusdan ölənlərin sayı 1 500 nəfəri ötdü - YENİLƏNİB

​Hubey əyalətində koronavisusdan ölənlərin sayı artıb

Çində koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların sayı 66 400 nəfəri ötüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Regional Komitəsinin məlumatında bildirilir.

Bildirilir ki, yeni virusdan ölənlərin sayı artaraq 1 523 nəfər olub. Ölkədə həmçinin 8 096 sağalaraq xəstəxanalardan evə buraxılıb.

Hal-hazırda virusa yoluxan 11 053 nəfərin vəziyyəti ağırdır. Ölkədə virusa yoluxma şübhəsi ilə 8 900-dən çox insan karantin altına alınıb. 

Virusa yoluxmuş insanlarla yaxın təmasda olan 169 000-dən çox ölkə vətəndaşı isə tibbi nəzarətdə saxlanılır.


***03:37

Çinin Hubey əyalətində koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların və ölənlərin sayı artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Regional Komitəsinin məlumatında bildirilir.

Qeyd edilir ki, koronavirusdan ölənlərin sayı ümumilikdə 1 457 nəfərə çatıb.

Məlumata görə, əyalətdə koronavirusa yoluxanların ümumi sayı 54 400 nəfəri ötüb. Bir gündə 139 yeni ölüm faktı qeydə alınıb.

Virusa yoluxanlardan 4 774 nəfəri sağalaraq xəstəxanalardan evə buraxılıb. 

Xəstəlikdən ölüm səviyyəsi bir gün əvvəlki 2,53 faizdən 2,67 faizə qalxıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi