"Huawei"in maliyyə direktoru Kanada hökumətini məhkəməyə verib

"Huawei"in maliyyə direktoru Kanada hökumətini məhkəməyə verib Bakı. 4 mart. REPORT.AZ/ Huawei şirkətinin maliyyə direktoru Men Vançjou Kanada hökuməti, Sərhəd Xidməti Agentliyi və Kanada Krallıq At Polisini saxlanılan zaman konstitusiya hüquqları pozulduğuna görə məhkəməyə verib.
Digər ölkələr
4 Mart , 2019 03:20
Huaweiin maliyyə direktoru Kanada hökumətini məhkəməyə verib

Bakı. 4 mart. REPORT.AZ/ "Huawei" şirkətinin maliyyə direktoru Men Vançjou Kanada hökuməti, Sərhəd Xidməti Agentliyi və Kanada Krallıq At Polisini saxlanılan zaman konstitusiya hüquqları pozulduğuna görə məhkəməyə verib.

"Report" "The Globe and Mail" nəşrinə istinadən xəbər verir ki, Vançjounu təmsil edən "Gudmundseth Mickelson LLP" hüquq firmasının bəyanatına görə, iddia barədə xəbərdarlıq martın 1-də Britaniya Kolumbiyası Ali Məhkəməsinə göndərilib.

Daha əvvəl Kanadanın Ədliyyə Nazirliyi Men Vançjounun ekstradisiyası üzrə rəsmi prosedura başlanıldığını elan edib.

Son xəbərlər

Orphus sistemi