Yuxarı

"Huawei"in banisi: "ABŞ-ın qərarı şirkət üçün əhəmiyyət kəsb etmir"

​"Huawei"in banisi: "ABŞ-ın qərarı şirkət üçün əhəmiyyət kəsb etmir"

"Huawei" şirkətinin banisi Jen Çjenfey ABŞ-ın Ticarət Nazirliyinin şirkətin Birləşmiş Ştatlarda fəaliyyətini müvəqqəti yeniləməsi qərarına münasibət bildirib.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Onun sözlərinə görə, ABŞ-ın qərarı "Huawei" üçün əhəmiyyət kəsb etmir. Şirkətin banisi həmçinin əlavə edib ki, digər şirkətlər yaxın 2-3 ildə 5G texnologiyasında "Huawei"yə çata bilməyəcəklər.

Çjenfey vurğulayıb ki, şirkətin texnologiyası ABŞ-ın addımlarından zərər çəkməyib.

Daha əvvəl Çinin "Huawei" şirkətinin rəhbərliyi hesab edir ki, ABŞ prezidenti Donald Trampın informasiya texnologiyalarının müdafiəsi haqqında fərmanı təşkilatın hüquqlarını məhdudlaşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi