Bakı. 25 noyabr. REPORT.AZ/ Honq Konq rəsmiləri etirazçıların qurduğu barrikadaları küçələrdən yığışdırıb.
Polis qüvvələr şəhərin Monq Kok rayonundakı nəqliyyata bütün maneələri aradan qaldırıb.
Nümayişçilər polislərin qarşısını almağa cəhd göstərməyib, lakin daha sonra polisə mane olmağa çalışan bəzi nümayişçilər həbs edilib.
Hərəkatın liderləri bildirib ki, onlar gələn ay nümayişləri qeyri-qanuni adlandıran hökumət rəsmilərinə təslim olmağı planlaşdırırlar.