​Honkonqda yenidən etiraz aksiyası keçirilib

​Honkonqda yenidən etiraz aksiyası keçirilib Təqribən üç min nümayişçi küçələrə çıxıb
Digər ölkələr
1 Fevral , 2015 14:13
​Honkonqda yenidən etiraz aksiyası keçirilib

Bakı. 1 fevral. REPORT.AZ/ Honkonqda 2014-cü ilin sonlarında təşkil olunan geniş silsilə etiraz aksiyalarından sonra təqribən üç min nümayişçi yenidən küçələrə çıxıb.

Etirazçıların ozamankı tələbinə görə, Pekin qarşıda duran seçkilərdə namizədlərin irəli sürülməsinə nəzarətdən imtina etməlidir.

"Report" "ABC News"a istinadən xəbər verir ki, yürüş təşkilatçıları bu dəfə də, tələblərinin dəyişmədiyini bildiriblər.

Onlar yenidən keçmiş Britaniya müstəmləkəsində demokratik seçkilərin keçirilməsini tələb ediblər və aksiyanın dinc xaraker daşıyacağına vəd veriblər.

Son xəbərlər

Orphus sistemi