Honkonqda turist avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb

Honkonqda turist avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb Bakı. 30 noyabr. REPORT.AZ/ Honkonqda turist avtobusu ilə taksinin toqquşması nəticəsində 5 nəfər ölüb, daha 31 nəfər isə yaralanıb.
Digər ölkələr
30 Noyabr , 2018 06:55
Honkonqda turist avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb

Bakı. 30 noyabr. REPORT.AZ/ Honkonqda turist avtobusu ilə taksinin toqquşması nəticəsində 5 nəfər ölüb, daha 31 nəfər isə yaralanıb.

"Report" "South China Morning Post" nəşrinə istinadən xəbər verir ki, Sin-İ adasında baş vermiş qəza zamanı avtobusda turist olmayıb və nəqliyyat vasitəsi işçiləri hava limanına aparırmış.

Qəza yerində 1 kişi2 qadın keçinib, daha 2 nəfər isə xəstəxanada ölüb. Hadisə qurbanları arasında hər iki nəqliyyat vasitəsinin sürücüsü də var. Bir neçə yaralı ağır vəziyyətdədir.

Bundan əvvəl Kanadada məktəbli avtobusu qəzaya uğrayıb.

Son xəbərlər

Orphus sistemi