Yuxarı

Honkonqda minlərlə sakin akisya keçirir, küçələrdə barrikadalar qurulub

​Honkonqda minlərlə sakin akisya keçirir, küçələrdə barrikada qurulub
© Reuters

Honkonq sakinlərinin ekstradisiya ilə bağlı qanuna düzəlişlər edilməsinə qarşı çoxminlik etiraz aksiyası günortadan sonra yenidən artıb, şəhər küçələrində kərpic və metal manelərdən barrikadalar qurulub.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Yerli KİV-in məlumatına görə, etirazçılar şifrəli əlaqə kanallarında yerli vaxtla 15:00-dək qanunverici məclisin qanun layihəsini nəzərdən keçirməkdən imtina etməyəcəyi təqdirdə etirazların artırılmasına çağırışlar edirlər.

Hətta qanunverici orqanın binasına hücum da istisna olunmur, şəhərdə əsas yollar və metro da daxil olmaqla hərəkətin qarşısını almaq üçün çağırışlar edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi