Honkonqda ikimərtəbəli avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

Honkonqda ikimərtəbəli avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var Sürücü saxlanılıb
Digər ölkələr
23 Sentyabr , 2017 08:21
Honkonqda ikimərtəbəli avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

Bakı. 23 sentyabr. REPORT.AZ/ Honkonqun Şam-Şuy-Po dairəsində ikimərtəbəli sərnişin avtobusu taksi ilə toqquşub.

"Report" xəbər verir ki, taksi ilə toqquşmadan sonra avtobus səkiyə çıxaraq binaya çırpılıb.

Qəza nəticəsində 3 nəfər ölüb, daha 27-si yaralanıb. Onlardan 8-nin vəziyyəti ağırdır.

Hadisənin ehtimal edilən təqsirkarı – 44 yaşlı avtobus sürücüsü polis tərəfindən saxlanılıb. O, maşını təhlükəli sürməkdə şübhəli bilinir.

Son xəbərlər

Orphus sistemi