Yuxarı

Honkonqda etirazçılar polisə ox atıblar

Honkonqda etirazçılar polisə ox atıblar

Honkonq polisi bu gün səhər nümayişçilər tərəfindən atılan oxlara və gül dibçəklərinə hədəf olduqlarını açıqlayıb.

“Report” xəbər verir ki, polis cavab olaraq bibər qazı tətbiq edib.

CNN xəbər verir ki, bu gün nümayişçilərlə polis arasında ən şiddətli toqquşmaların baş verdiyi Honkonq Çin Universitetinin kampusunda bəzi etirazçılar qurulan barrikadaları yandırmaq üçün yanan oxlardan istifadə ediblər.

Qeyd edək ki, Honkonqda qızğın etiraz aksiyaları, polislə toqquşmalar dörd gündür davam edir. Şəhər nəqliyyatına mane olmağa çalışan etirazçıların bəziləri kaman, arbalet, nizə ilə küçələrə çıxmağa başlayıb.

Bu gün məktəblər, bağçalar, universitetlər, həmçinin şəhərin 20-dən artıq küçəsi, 15 metro stansiyası bağlanıb. Ötən gün xəstəxanalara 67 nəfərin, gecə isə 19 nəfərin yerləşdirildiyi bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi