Yuxarı

Honkonq polisi parlament binasını aksiyaçılardan azad edib - FOTO

​Honkonq polisi parlament binasını aksiyaçılardan azad edib

Honkonq polisi parlament binasını aksiyaçılardan azad edib.

“Report” xəbər verir ki, bu barədə “Hong Kong Free Press” məlumat yayıb.

Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bütün aksiyaçıları binadan çıxarıblar. Bundan sonar etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edilib.

Qeyd edək ki, iyunun 15-də Honkonq hakimiyyəti ekstradisiya haqqında qanun layihəsinə baxılmasını dayandırıb. Bu, ölkədə kütləvi etirazlara səbəb olub.

Ötən gün etirazçılar qanunverici orqanın binasına soxulublar. Dünən Honkonq parlamenti tarixdə ilk dəfə evakuasiya edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi