Honkonq hökuməti məscidin qapılarının atəşə tutulmasına görə üzr istəyib

Honkonq hökuməti məscidin qapılarının atəşə tutulmasına görə üzr istəyib Honkonq hökuməti polisin mürəkkəbli su şırnağı ilə etiraz aksiyasını dağıtmağa çalışdığı zaman təsadüfən yerli məscidi də nişan almasına görə İslam icmasından üzr istəyib.
Digər ölkələr
21 Oktyabr , 2019 12:33
Honkonq hökuməti məscidin qapılarının atəşə tutulmasına görə üzr istəyib

Honkonq hökuməti polisin mürəkkəbli su şırnağı ilə etiraz aksiyasını dağıtmağa çalışdığı zaman təsadüfən yerli məscidi də nişan almasına görə İslam icmasından üzr istəyib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Honkonq administrasiyasının rəhbəri Kerri Lem və şəhər polis rəhbəri baş imamdan və müsəlman icmasının rəhbərlərindən üzr istəmək üçün Koulun məscidini ziyarət ediblər.

Honkonq İslam İcması Fondunun fəxri katibi Səid Uddinin sözlərinə görə, məscid rəhbərliyi üzrü qəbul edib.

Xatırladaq ki, bazar günü keçirilən mitinq zamanı polis məscidin qarşısında toplaşan nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından mavi mürəkkəblə "atəş açıb". Polis bu hadisənin təsadüf olduğunu elan edib.

The water gun car deliberately shoots at the mosque without any incidents! #FreeHK #HongKongPolice #HongKong pic.twitter.com/mH7BVOUcEK

— まゆみ (@shiotayukichan) October 20, 2019

Son xəbərlər

Orphus sistemi