Hondurasda çəkiliş zamanı jurnalist güllələnib

Hondurasda çəkiliş zamanı jurnalist güllələnib İqor Padilya San-Pedro-Sula şəhərində qətlə yetirilib
Digər ölkələr
19 Yanvar , 2017 08:16
Hondurasda çəkiliş zamanı jurnalist güllələnib

Bakı. 19 yanvar. REPORT.AZ/ Çərşənbə günü Hondurasda ən azı 5 nəfər, o cümlədən məşhur jurnalist qətlə yetirilib.

"Report" "El Heraldo" nəşrinə istinadən xəbər verir ki, jurnalist İqor Padilya San-Pedro-Sula şəhərində birbaşa çəkiliş zamanı güllələnib.

Şahidlərin sözlərinə görə, ona bir qadın zəng edib və İqor pavilyondan küçəyə çıxıb. Orada polis geyimində olan insanlar ona atəş açmağa başlayıblar.

Daha 4 nəfər Çolom şəhərində naməlum şəxslərin bara hücumu nəticəsində öldürülüb. Hadisə zamanı 5 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi