Yuxarı

Hollandiyadakı atışmada ölənlərin sayı artıb - FOTO - YENİLƏNİB-2

Hollandiyada atışma olub, yaralananlar var

Hollandiyanın Utrext şəhərində tramvayda naməlum şəxsin atəş açması nəticəsində ölənlərin sayı üç nəfərə çatıb.

“Report” "Hürriyet"ə istinadən xəbər verir ki, polis hadisəni törədən şəxsin olduğu ehtimal edilən bir binanı mühasirəyə alıb.


*** 16:17

Hollandiyanın Utrext şəhərində tramvayda naməlum şəxsin atəş açması nəticəsində bir nəfər ölüb, bir neçəsi də yaralanıb.

“Report” “Evening Standard”a istinadən xəbər verir ki, hadisə yerinə hərbi polis və üç təcili yardım helikopteri cəlb olunub, əraziyə giriş-çıxış məhdudlaşdırılıb.

Yerli KİV-in yazdığına görə, hadisəni törədən şəxs qaçıb.

Polis hadisədə “terror motivləri”nin olduğunu istisna etməyib. Məktəblər, məscidlər, nəqliyyat qovşaqlarında təhlükəsizlik tədbirləri artırılıb.

Hadisə ilə bağlı iki nəfərin axtarıldığı bildirilir. 

Hökumət insidentdən sonra Utrextdə terror ehtimalının xeyli artdığını bildirib. 

Baş nazir Mark Rutte yaranmış böhran vəziyyətinə hazır olmağa çağırıb.


*** 15:07

Hollandiyanın Utrext şəhərində tramvayda naməlum şəxsin atəş açması nəticəsində bir neçə nəfər yaralanıb.

“Report” “Evening Standard”a istinadən xəbər verir ki, yerli polis sakinləri hadisə yerindən uzaq olmağa çağırıb.

Hələlik təfərrüat barədə məlumat yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi