​Niderland Təhlükəsizlik Şurası: Ukraynada qəzaya uğrayan "Boeing" "Buk" ZRK-dan açılan raketlə vurulub

​Niderland Təhlükəsizlik Şurası: Ukraynada qəzaya uğrayan "Boeing" "Buk" ZRK-dan açılan raketlə vurulub Niderlandda Ukraynada qəzaya uğrayan "Boeing"lə bağlı yekun hesabatın təqdimatı keçirilib
Digər ölkələr
13 Oktyabr , 2015 17:00
​Niderland Təhlükəsizlik Şurası: Ukraynada qəzaya uğrayan Boeing Buk ZRK-dan açılan raketlə vurulub

Bakı. 13 oktyabr. REPORT.AZ/ Ukraynada qəzaya uğrayan Malayziyaya məxsus "Boeing" sərnişin təyyarəsi "Buk" zenit-raket kompleksindən açılan raketlə vurulub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə bu gün Niderlandda bu ölkənin  Təhlükəsizlik Şurasının Ukrayna səmasında qəzaya uğrayan "Boeing"lə bağlı yekun hesabat zamanı təqdim etdiyi sənəddə deyilir.

Tədbir dünyanın bir çox ölkələrini təmsil edən yüzlərlə jurnalistin iştirakı ilə Hollandiya Hərbi Hava Qüvvələrinə məxsus Gilze-Reyn bazasında keçirilir. 15 ay ərzində üzərində iş aparılan hesabatın nəticələrini Niderland Təhlükəsizlik Şurasının sədri Tibbe Yustra açıqlayıb.

Təyyarənin sol tərəfdən vurulduğu qeyd edilib. Niderland Təhlükəsizlik Şurasının sədri qeyd edib ki, raketin dəqiq buraxıldığı yeri müəyyən etmək üçün əlavə araşdırma tələb olunacaq.

Niderland Təhlükəsizlik Şurası Avstraliya, Böyük Britaniya, Malayziya, Rusiya, ABŞ və Ukraynanın da iştirak etdiyi araşdırmaları koordinasiya edib.  

Son xəbərlər

Orphus sistemi